Məhəmməd Salah “Qalatasaray”a keçə bilər – danışıqlar aparılır. 

Offsideplus.az xəbər verir ki, İngiltərə mənbələrinin eksklüziv məlumatına görə, misirli ulduz “Qalatasaray”a keçməyə müsbət yanaşır.

İddiaya görə, Türkiyə çempionu artıq futbolçunun nümayəndələri ilə birbaşa danışıqlara başlayıb. İlk görüşlərin müsbət keçdiyi və tərəflərin danışıqları davam etdirməyə hazır olduqları bildirilir.

“Qalatasaray” transferi qış fasiləsində reallaşdırmaq istəyir, amma mümkün olmasa, mövsümün sonunda bu keçidi yekunlaşdırmağı planlaşdırır.

Salahın klubun Avropa oyunlarındakı çıxışlarından və azarkeşlərin ehtiraslı dəstəyindən təsirləndiyi vurğulanır.

Futbolçunun gələcəyi ilə bağlı qəti qərarın ilin sonuna qədər veriləcəyi gözlənilir.