AZ

Fransa Milli Assambleyasının Bürosu Makrona qarşı impiçment proseduruna başlaya bilər

BAKI, 7 oktyabr. TELEQRAF

Fransa Milli Assambleyasının Bürosu (parlamentin aşağı palatası) çərşənbə günü prezident Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanması təklifinə baxacaq.

Teleqraf xəbər verir ki, bu barədə müxalifətdən olan deputat Mathilde Panaud bildirib.

Onun sözlərinə görə, Milli Assambleyanın Bürosu oktyabrın 8-də toplanaraq partiyanın 104 deputatının imzaladığı təklifə baxacaq.

Siyasətçi ümid edir ki, Büro impiçment qətnaməsini həyata keçirmək üçün məqbul hesab edəcək.

Bundan əvvəl jurnalist və geopolitik analitik Pepe Eskobar bildirmişdi ki, fransızların 80-90%-i Makronun istefasını istəyir, lakin Fransa siyasi sisteminin xüsusiyyətlərini nəzərə alsaq, bu, demək olar ki, mümkün deyil.

Onun sözlərinə görə, bütün qərarların Parisdə qəbul olunduğu yüksək mərkəzləşmiş ölkədə prezidentin impiçment yolu ilə uzaqlaşdırılması real deyil.

Seçilən
25
31
teleqraf.com

10Mənbələr