“Kopenhagen”in yarımmüdafiəçisi Likas Lerager Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Qarabağ”la keçirilən oyunu dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu Bakıda baş tutan matç barədə düşüncələrini bölüşüb.
Danimarkalı oyunçu ikinci hissədəki çıxışları ilə məğlubiyyətə layiq olmadıqlarını düşünür:
“Birinci hissədə rəqibdən tamamilə geridə qaldıq. Bu, həqiqətən çox pis idi.
Fasilədə sistemi dəyişdik. Bunun nəticəsində rəqib, ümumiyyətlə, hücuma çıxa bilmədi.
İkinci hissədə başdan sona qədər biz dominant oynadıq, 1-2 qol vurmalı idik.
Amma “Qarabağ” əks-hücumdan ikinci dəfə fərqlənərək, oyunu bitirdi. Çox üzücüdür.
İki ayrı hissə yaşadıq: birinci hissədə tənqidə belə layiq deyildik, ikinci hissə bizim əsl səviyyəmiz idi. Təəssüf ki, ikinci hissədə qol vura bilmədik və məğlub olduq”.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ” 2:0 hesablı qələbə qazanıb.