AZ

Roma Papasının Türkiyəyə səfərinin tarixi açıqlanıb

Vatikan, 7 oktyabr, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo noyabrın 27-dən 30-dək Türkiyədə səfərdə olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Roma Papası Bursa vilayətinin İznik rayonunda Birinci Nikeya Kilsə Məclisinin 1700 illiyi münasibətilə keçiriləcək mərasimdə iştirak edəcək. Bu, Papa XIV Leonun xaricə ilk apostol səfəri olacaq. Pontifik dekabrın 2-də isə Livana səfər edəcək.

“Papa Leo həm Türkiyənin, həm də Livanın dövlət başçılarının və kilsə rəhbərliyinin dəvətini qəbul edib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Birinci Nikeya Kilsə Məclisi xristianlıq tarixində mühüm yer tutur və ilk dəfə 325-ci ildə keçirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Seçilən
23
9
azertag.az

10Mənbələr