AZ

Jordi Alba mövsümün sonunda karyerasını başa vuracağını bəyan edib – VİDEO

“İnter Mayami”nin müdafiəçisi Jordi Alba MLS mövsümünün sonunda peşəkar futboldan ayrıldığını açıqlayıb.

İdman.biz-in məlumatına görə, futbolçu sosial şəbəkədə video paylaşaraq qərarını açıqlayıb.

“Mən bu mövsümün sonunda karyeramı başa vurmaq qərarına gəldim. Bunu tam əminliklə və xoşbəxtlik hissi ilə edirəm. Hiss edirəm ki, bu yolu mümkün olan bütün ehtirasla getmişəm. İndi yeni mərhələyə başlamaq və əvvəlkini ən yaxşı hisslərlə bağlamaq üçün doğru zamandır”, - 36 yaşlı ispaniyalı bildirib.

“Barselona” və “Valensiya” akademiyalarının yetirməsi olan Alba hər iki klubun böyüklərdən ibarət komandalarında çıxış edib. Müdafiəçi 2023-cü ildən “İnter Mayami”nin heyətində oynayırdı.

“Barselona”nın heyətində o, altı dəfə İspaniya çempion olub, dəfələrlə İspaniya kuboku və superkubokunu əldə edib, Çempionlar Liqasının və FIFA Klublararası Dünya Kubokunun qalibi olub.

Albanın aktivində İspaniya millisi ilə birlikdə Avropa çempionluğu (2012) və Millətlər Liqasının (2023) qalibliyi də var.

Seçilən
8
1
idman.biz

2Mənbələr