Papa XIV Leo ilk xarici səfərini Türkiyəyə edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, səfər 27-30 noyabr tarixlərində baş tutacaq. Proqrama İznik şəhərinə xüsusi ziyarət də daxildir. Bu ziyarət xristianlıq tarixində mühüm hadisə sayılan Birinci Nikeya (İznik) Kilsə Məclisinin 1700-cü ildönümünə təsadüf edir.
Məlumatda o da deyilib ki, səfər çərçivəsində Papa Leo Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək və Fənər-Rum Pravoslav Kilsəsini ziyarət edəcək. Ziyarətin əsas məqsədləri sülh və qardaşlıq mesajlarının verilməsi, həmçinin dinlərarası dialoqun gücləndirilməsidir.
Qeyd edək ki, Türkiyə-Vatikan diplomatik əlaqələri 1960-cı ildə qurulub. Bu, Papa XIV Leonun ölkəyə ilk səfəri olsa da, bundan əvvəl VI Pavel (1967), II İohann Pavel (1979), XVI Benedikt (2006) və Papa Fransisk (2014) də Türkiyəyə səfər etmişdilər.