AZ

400 min km ə rahat çata bilən ən dözümlü maşınlar açıqlandı

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin "iSeeCars" agentliyi ən dayanıqlı SUV və krossoverləri açıqlayıb.

Milli.Az xəbər verir ki, "iSeeCars" avtomobil agentliyi ən dayanıqlı krossover və SUV modellərinin siyahısını dərc edib. Araşdırmada 174 milyon avtomobildən çox model təhlil edilib və 402 min kilometr və daha çox məsafə qət etməyə ən yüksək potensiala malik avtomobillər müəyyən edilib.

Siyahının lideri Toyota Sequoia olub. Onun 402 min kilometrə çatmaq ehtimalı 39,1% təşkil edir. İkinci yerdə Toyota 4Runner (32,9%), üçüncü yerdə isə Toyota Highlander Hybrid (31%) qərarlaşıb. Top-10-luq siyahıya həmçinin Lexus GX, Lexus RX (hybrid), Honda Pilot, Toyota Highlander, Chevrolet Suburban, Lexus RX və Honda CR-V daxil edilib.

Əvvəlki araşdırmada isə Hotcars portalı son on ildə ən etibarlı Toyota avtomobillərinin reytinqini təqdim edib. Siyahıda birinci yeri 2014-cü il Toyota Camry, ikinci yeri 2014 Toyota Venza, üçüncü yeri isə 2020-ci il Toyota C-HR tutub. Ekspertlər qeyd ediblər ki, Camry modeli geri çağırış kampaniyalarından və kütləvi şikayətlərdən kənar olub.

İsmayıl

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
2
news.milli.az

3Mənbələr