AZ

Kənan Yıldız ən bahalı türk futbolçu oldu -

İtaliya nəhəngi "Yuventus"da çıxış edən Kənan Yıldızın bazar dəyəri qısa müddətdə 50 milyon avrodan 75 milyon avroya yüksəlib. Metbuat.az xəbər verir ki, Kənan Yıldız bazar dəyəri ilə Türkiyə futbolu tarixinin ən dəyərli oyunçusu olub. Kənan Yıldızı keçən həftə bazar dəyərini 15 milyon avro artıraraq 60 milyon avroya çıxaran "Real Madrid"in ulduzu Arda Gülər izləyir."Yuventus" ilə 2023-cü ildə müqavilə imzalayan və o dövrdə 1 milyon avro dəyərində olan milli futbolçu, keçən iki ildə dəyərini 75 milyon avroya qədər artırmağı bacarıb. "Çelsi" və "Arsenal"ın yaxından təqib etdiyi Kənan Yıldız bu mövsüm "Yuventus"da 8 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.Türkiyə futbol tarixinin ən dəyərli oyunçuları (Transfermarkt):
Oyunçu AdıDəyəri (Milyon Avro)İl
Kənan Yıldız752025
Arda Gülər602025
Hakan Çalhanoğlu452024
Çağlar Söyüncü452021
Orkun Kökçü352023
Cengiz Ünder352018
Arda Turan352015
Ozan Kabak322020
Ferdi Kadıoğlu302024
Merih Dəmirəl302020
Seçilən
1
9
metbuat.az

10Mənbələr