Rusiya prezidenti Vladimir Putin Ukraynada 2022-ci ilin fevralında başlatdığı tammiqyaslı müharibə ilə bağlı yeni açıqlama verib.
Editor.az xəbər verir ki, o bu qərarların “düzgün və vaxtında atıldığını” bildirib.
Rusiya Təhlükəsizlik Şurasının iclasında çıxış edən Putin qeyd edib ki, hazırda “strateji təşəbbüs tam şəkildə Rusiya Silahlı Qüvvələrinin əlindədir”. Onun sözlərinə görə, bu il Rusiya ordusu “təxminən 5 min kvadrat kilometr ərazini və 212 yaşayış məntəqəsini azad edib”.
“Bu uğurlarda əsas rol əsgər və zabitlərimizindir. Onlar rus döyüş ruhunun ən yaxşı xüsusiyyətlərini – Vətənə sədaqət, yüksək məsuliyyət hissi, döyüş yoldaşlığı və qardaşlığı nümayiş etdirirlər”, – deyə Putin vurğulayıb.
Siyasi müşahidəçilər bu bəyanatı Kremlin müharibəni əsaslandırmaq və daxili auditoriyaya “uğur təəssüratı” yaratmaq cəhdi kimi qiymətləndiriblər.
//Samir Qurbanov, Editor.az