AZ

Türklər Avropanın ən çalışqan milləti seçildi

BAKI, 8 oktyabr. TELEQRAF

Avropada ən çox işləyən ölkələrin siyahısı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Avrostat və Rosstat qurumlarının 2025-ci ilin ikinci rübü üzrə apardığı araşdırmada bildirilib.

Araşdırmaya görə, Avropada ən uzun iş həftəsi Türkiyədədir, sakinlər orta hesabla 44,1 saat işləyir. Monteneqroda bu göstərici 43,1 saat, Serbiyada isə 41,8 saat təşkil edir. Rusiyada isə 38,2 saatla 23-cü yeri tutur .

Ən qısa iş həftəsi Niderlandda (31,5 saat), Böyük Britaniyada (31,9 saat) və Danimarkadadır (33,7 saat).

Tədqiqat həmçinin kişilərlə qadınlar arasında iş vaxtı fərqini də ortaya qoyub. Avropada kişilər orta hesabla 39,9 saat, qadınlar isə 36,3 saat işləyir. Ən böyük fərq İsveçrədə (9,1 saat), Niderlandda (8,1 saat) və Avstriyada (7,7 saat) müşahidə olunub.

Seçilən
18
teleqraf.com

1Mənbələr