Bakı. Trend:
Müstəntiqlər hesab edirlər ki, Herdeske şəhərinin meri İrisStaltserə (Almaniya Sosial Demokrat Partiyası) hücumun ailə mənşəliolub.
Trend-in məlumatına görə, bu barədə Haqen (ŞimaliReyn-Vestfaliya) dövlət prokurorluğu və polisin birgə bəyanatındadeyilir.
Bildirilib ki, hazırda siyasi motivlə bağlı heç bir sübutyoxdur.
"57 yaşlı qadının vəziyyəti ağır olaraq qalır. Hazırkı istintaqagörə, siyasi motivli cinayətin sübutu yoxdur. Ailə məsələləri iləbağlı olduğu ehtimal edilir", - deyə qeyd olunub.
Bundan əvvəl DPA xəbər agentliyi bildirmişdi ki, müstəntiqlərHerdeske şəhərinin (Şimali Reyn-Vestfaliya) merinə hücumla bağlıaparılan istintaqda ailə əlaqəsini istisna etmirlər.
Qeyd edək ki, oktyabrın 7-də "WDR" televiziya və radio şirkətiStaltserin hücuma məruz qaldığını və bıçaqlandığını bildirdi. Onunvəziyyəti kritik qiymətləndirilir. Oğlu yaralı qadını mənzilindəaşkar edib.