Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və DövlətVergi Xidmətinin birgə əməkdaşlığı sayəsində SİMA yeni nəsilrəqəmsal imzanın İnternetVergi İdarəsinə inteqrasiyası uğurla davametdirilir.
Artıq sahibkarlar və hüquqi şəxslər üçün vahid vergibəyannamələrinin göndərilməsi xidmətinə “SİMA İmza” ilə əlçatanlıqtəmin olunub. Bununla da sahibkarların və təşkilatların dövlətbüdcəsinə ödəməli olduqları bütün vergi öhdəliklərini vahidformada təqdim etməsi üçün nəzərdə tutulmuş rəsmi sənədin“SİMAİmza” ilə göndərilməsi mümkün olub. Qeyd edək ki, bubəyannamə vasitəsilə vergi ödəyicisi öz fəaliyyətindən əldə etdiyigəlir və xərclər barədə məlumat verir və həmin məlumat əsasındaödəniləcək vergilər hesablanır.
Bu imkandan faydalanmaq üçün new.e-taxes.gov.azveb-saytında giriş üsulu kimi “SİMA İmza”nı seçmək və mobil tətbiqvasitəsilə təqdim edilən QR kodu “SİMA İmza” tətbiqində skan etməkkifayətdir.
Qeyd edək ki, hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanıödənişsiz əldə etmək imkanına sahibdir. Bunun üçün “SİMA İmza”mobil tətbiqində qeydiyyatdan keçdikdən sonra fərdi sahibkar(hüquqi şəxs) imzasını əldə edərkən 6AYPULSUZpromokodunu daxil etmək kifayətdir. Qeydiyyatdansonrakı 6 ay müddətində elektron imza üçün heç bir abunə haqqıtələb olunmayacaq.
“SİMA İmza”nın İnternet Vergi İdarəsinə inteqrasiyasına 2023-cüildə başlanılıb və bu günədək 80-dən çox vergi xidmətinə əlçatanlıqtəmin edilib.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindənolan “AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılıb. Hazırda “SİMAİmza” tətbiqinin endirilmə sayı 5 milyona yaxındır. Rəqəmsal imzaəldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməyə və ya fizikidaşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobiltətbiqini smartfona yükləyib qeydiyyatdan keçəbilərsiniz.