Bu gün III MDB oyunlarına yekun vurulacaq. Msport.az xəbər verir ki, yarışın son günündə bədii gimnastika növündə mükafatçılar müəyyənləşəcək. Onlar Şəkidə mübarizə aparacaqlar.
Saat 19:00-da isə Gəncə stadionunda oyunların bağlanış mərasimi keçiriləcək.
Qeyd edək ki, Azərbaycan komandası 33 qızıl, 53 gümüş və 92 bürünc medalla Rusiyadan sonra 2-ci yeri tutur.