AZ

Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər

Bakı. Trend:

“mygov” platformasında vətəndaşların işlərini rahatlaşdıran yenixidmət istifadəyə verilib. Artıq “Əmək müqaviləsinin imzalanması”xidməti platformada əlçatandır. Bu inteqrasiya İnnovasiya vəRəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Xidmət çərçivəsində işəgötürən tərəfindən göndərilmiş əməkmüqavilələri istər yeni işə qəbul zamanı, istərsə də mövcudmüqavilələrdə dəyişiklik olduqda vətəndaşlar tərəfindən birbaşa“mygov” platformasında imzalana biləcək.

Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:

Portalda “Məşğulluq” kateqoriyasından “Əmək müqaviləsininimzalanması” xidmətinə daxil olunur. İmzalanmalı müqaviləmövcuddursa, siyahıda göstərilir, əks halda bu barədə mesaj əksolunur. Müqavilə seçilir və təqdim edilən məlumatlarla tanışolunur. “İmzala” düyməsinə klik edilərək müqavilə SİMA İmzavasitəsilə təsdiqlənir.

Bununla yanaşı, əgər vətəndaşın yeni əmək müqaviləsi varsa, bubarədə ona “mygov” üzərindən bildiriş göndərilir və vətəndaş həminbildirişdən birbaşa keçid edərək müqaviləni imzalaya bilir.

Yeni xidmət əməkdaşların müqavilə imzalama prosesini dahasürətli və rahat şəkildə həyata keçirməsinə şərait yaradacaq.

Qeyd edək ki, “mygov” platformasının əsas məqsədi dövlətqurumları ilə qarşılıqlı əməkdaşlıq vasitəsilə vətəndaşlara zəruridövlət xidmətlərini vahid platformadan təqdim etməkdir.

Seçilən
45
15
az.trend.az

10Mənbələr