AZ

Ekvador Prezidenti Noboaya sui-qəsd cəhdi olub

Ekvador Prezidenti Daniel Noboanın avtomobil karvanına hücum edilib.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, insident Caar əyalətində baş verib. Dövlət başçısı su təmizləyici qurğunun açılış mərasiminə gedərkən təxminən 500 nəfərlik etirazçı qrup tərəfindən qarşılanıb.

Məlumata görə, aksiya iştirakçıları Prezidentin avtomobilinə daş atıb, həmçinin odlu silahdan atəş açıblar. Hadisə nəticəsində Noboaya xəsarət yetirilməyib.

Ekvadorun Ətraf Mühit və Enerji naziri İnes Manzano bildirib ki, baş verənlər dövlət əmlakına ziyan vurmaqla yanaşı, ölkə rəhbərliyinə qarşı birbaşa hücumdur. Onun sözlərinə görə, hücumla əlaqədar 5 nəfər saxlanılıb.

Ekvador Prezident Administrasiyasından verilən açıqlamada qeyd olunub ki, saxlanılan şəxslər adam öldürməyə cəhd və terrorçuluq ittihamı ilə mühakimə olunacaqlar.

Qeyd edək ki, insident hökumətin dizel subsidiyalarını ləğv etməsinə etiraz olaraq aksiyalar keçirən Ekvador Yerli Millətlər Konfederasiyasının (CONAIE) etirazları fonunda baş verib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
55
missiya.az

1Mənbələr