Ötən həftə Ağdamın Quzanlı qəsəbəsində evdə baş verən yanğın zamanı xəsarət alan 60 yaşlı qadın ölüb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, İsmayılova Zibeydə Qənimət qızı ikinci dərəcəli yanıq xəsarətləri ilə yerləşdirildiyi Respublika Yanıq Mərkəzində vəfat edib.
Qeyd edək ki, hadisə oktyabrın 2-də rayon sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə baş verib. Hadisə zamanı 1965-ci il təvəllüdlü Z. İsmayılova ikinci dərəcəli, onun nəvəsi 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı isə birinci dərəcəli yanıq xəsarətləri alıb.
Hazırda N.İsmayılovanın müalicəsi ev şəraitində davam etdirilir.
"Cebheinfo.az"