AZ

Azərbaycanlılar Moskva hava limanında saxlanıldı - Video

Bakıdan Moskvaya uçan azərbaycanlı sərnişinlər Rusiyanın Jukovski hava limanında saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə sərnişinlərdən biri məlumat yayıb.

“6 oktyabr 2025-ci il tarixində Heydər Əliyev hava limanından Rusiyanın Jukovski hava limanına eniş etdik. Yoxlanış məntəqəsində həmvətənlərimlə birlikdə heç bir səbəb olmadan saxlanıldıq. Artıq 3 gündür ki, bizi ac-susuz nəzarət məntəqəsində saxlayırlar”, - o, bildirib.

Sərnişinin sözlərinə görə, mobil telefonları əllərindən alınıb, mesajları icazəsiz oxunur, əlaqə nömrələri silinir:

“Vətənimizə nə zaman göndəriləcəyimizi soruşduqda isə bizə ya qalıb döyüşlərdə iştirak edəcəyimizi, ya da 25 illik deport ediləcəyimizi bildirirlər. Deportasiya prosesinin də təxminən 15-20 gün çəkəcəyini deyirlər”.

Məlumata görə, azərbaycanlılarla birlikdə nəzarət məntəqəsində Tacikistan və Qırğızıstan vətəndaşları da var.

Seçilən
22
3
axar.az

4Mənbələr