Azərbaycan milli komandasının oktyabrın 10-da Fransa yığması ilə Parisdə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Park de Prens” stadionunda təşkil olunacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Rohit Saqqi olacaq.
Ona Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək edəcək. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək. VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcək.
Qeyd edək ki, Rohit Saqqi bundan öncə UEFA Millətlər Liqasında Azərbaycan - Slovakiya matçını idarə etmişdi. Sözügedən qarşılaşmada yığmamız Slovakiyaya səfərdə 0:2 hesabıyla uduzmuşdu.