Bakı. Trend:
2025-ci ilin aprel ayında fəaliyyətə başlayan “PeerstackAcademy” qısa müddətdə Azərbaycanda İT təhsil sahəsində önəmlimövqe qazanıb. Akademiyaya edilən müraciətlər arasından seçilən 80tələbə artıq tədris prosesinə uğurla qoşulub və intensiv şəkildəöyrənməyə davam edir.
“Peerstack Academy”də tədris il boyu fasiləsiz və çevik şəkildəhəyata keçirilir. Akademiyanın 3-cü mərhələsi 2025-ci ilin oktyabrayında start götürəcək. Yeni qəbul mərhələsi gəncləri dinamiktəhsil mühitinə qoşulmağa və qlobal standartlara uyğun imkanlardanyararlanmağa dəvət edir.
Akademiya ABŞ-nin qabaqcıl “Qwasar Silicon Valley” platformasıilə əməkdaşlıq edir. Tədris proqramları beynəlxalq standartlarauyğun, layihə əsaslı və praktik yönümlüdür. Full-Stack, Front-Endvə Back-End istiqamətlərini əhatə edən dərslər Ruby, JavaScript,React, PostgreSQL, REST API, Node.js, C, SQL, Java, Python kimitexnologiyalar üzrə real iş mühitinə uyğun və “peer-to-peer”metodologiyası ilə keçirilir. Bu yanaşma tələbələrdə texnikibiliklərlə yanaşı əməkdaşlıq, analitik düşüncə və problem həll etməbacarıqlarını da inkişaf etdirir.
Proqram “NEQSOL Academy”nin dəstəyi ilə həyata keçirilir vəgənclər üçün 100%-dək təqaüd imkanları təqdim olunur. Təqaüdlərtələbələrin bilik və bacarıqlarına, həmçinin Akademiyadagöstərdikləri nəticələrə əsasən verilir. Bu, həm daha çox gəncinproqramda iştirakını təmin edir, həm də Azərbaycanın İTekosisteminin inkişafına töhfə verir.
Proqramı uğurla başa vuran tələbələr iki beynəlxalq diplom vəreal layihələrdən ibarət peşəkar portfolio əldə edirlər. Onlaraişlə təmin olunma prosesində də dəstək göstərilir, bu da karyeraimkanlarını genişləndirir və yerli bazarda yüksək ixtisaslı İTmütəxəssislərinin yetişməsinə şərait yaradır.
Qeyd edək ki, Peerstack tələbələri artıq təhsil müddətindəAzərbaycanın aparıcı İT şirkətlərindən staj və təcrübə imkanlarıəldə etməyə başlayıblar. Bu proqramın effektivliyini və əməkbazarının real tələblərinə uyğunluğunu göstərir.
Akademiyada tədris yalnız texniki biliklərlə məhdudlaşmır.Tələbələr təqdimat, komanda işi, qərarvermə və tənqidi düşüncə kimiyumşaq bacarıqları da inkişaf etdirirlər. Bununla yanaşı, mütəmadiolaraq proqramçılar və İT sektorunun peşəkarları ilə seminarlar,görüşlər və praktiki sessiyalar təşkil olunur, bu da tələbələrinreal iş mühitinə hazırlanmasını təmin edir.
İntensiv dərslərə baxmayaraq, tələbələrin sosial və əyləncəlifəaliyyətlərə vaxt ayırması da təşviq olunur. Akademiyanın müasirinfrastrukturu çərçivəsində film seansları, intellektual oyunlar vəmüxtəlif tədbirlər keçirilir.
“Peerstack Academy” “NEQSOL Holding”in tərkibində olan NEQSOLAcademy, Təhsilin İnkişafı Fondu və “Technology SNI” tərəfdaşlığıilə yaradılıb. Hazırda Azərbaycan Texniki Universitetininərazisində yerləşən tədris mərkəzi 120 monoblok və 35 noutbuk,1,000 m²-lik müasir açıq ofis, komanda işi və istirahət zonalarıilə təmin olunub.
“Peerstack Academy” tələbələrə beynəlxalq standartlara uyğuntəhsil və geniş inkişaf imkanları təqdim edir. İT sahəsindəgələcəyini qurmaq istəyən bütün gənclər 3-cü mərhələyə qoşulmağadəvət olunur.
Ətraflı məlumat və qeydiyyat:
Facebook: facebook.com/peerstack.tech
Instaqram: instagram.com/peerstack.tech
LinkedIn: linkedin.com/company/peerstack-academy