AZ

Paragüllə atıcımız Avropa çempionu olub

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada qızıl medal qazanıb. Paralimpiyaçımız 235.6 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, K. Zeynalov daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P6) Aybəniz Babayeva ilə birlikdə, eləcə də 50 metr məsafəyə tapançadan atəş açma üzrə fərdi yarışda gümüş medala yiyələnib.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
14
7
xalqqazeti.az

10Mənbələr