AZ

Ərzaq idxalı üzrə inhisarçılar bazarda qiymət diktə edirlər Ekspert

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Dünya bazarında bir sıra ərzaq məhsullarının qiymətində ucuzlaşma maşahidə olunur. Bu qiymətlər Azərbaycan bazarına da təsir göstərəcək. Amma buna bir az zaman lazımdır».

İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a deyib. O bildirib ki, bunun üçün ən azı 5-8 ay aylıq müddət tələb olunur: “Qiymətlərə təsirin müddəti İqtisadiyyat Nazirliyi tərəfindən hesablanır. Azərbaycanda ilk dəfə olaraq 2023-cü ilin noyabrında qiymətlər 0,2 faiz azalıb. Fikrimcə, müəyyən müddət sonra ərzaq qiymətlərində azalmanı müşahidə ediləcək”.

Ekspert əlavə edib ki, idxal olunan bəzi ərzaqların qiymətində bahalaşma müşahidə olunacaq. Səbəb isə budur ki, dünya ərzaq bazarında ərzaqların qiyməti aşağı olsa da, logistik qiymətlər artıb. Belə ki, ölkəyə gətirilməsi ilə bağlı müəyyən tranzit xərcləri artıb, üzərinə nəqliyyat xərclərini də gəldikdə qiymət artımı baş verir. Digər tərəfdən, ölkədə hələ də bəzi sahələr üzrə inhisarçılıq davam edir. Ərzaq idxalı üzrə inhisarçıların təsirləri var.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
525.az

1Mənbələr