AZ

MÜSİAD Azərbaycan Bakı Türk Anadolu Liseyinin Əhmədli filialını ziyarət edib

BAKI, TurkicWorld, Nailə Babazadə

MÜSİAD Azərbaycan üzvləri, valideynlərlə birlikdə Bakı Türk Anadolu Liseyinin yeni fəaliyyətə başlayan Əhmədli filialını ziyarət ediblər.

TurkicWorld xəbər verir ki, ziyarət zamanı Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşaviri xanım Yurdağül Aydoğan və liseyin direktoru Abdullah Yılmaz məktəbdə yaradılmış müasir tədris şəraiti barədə qonaqlara ətraflı məlumat veriblər.

Tədbirdə qeyd olunub ki “Tək millət” anlayışı çərçivəsində iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlıq davamlı şəkildə dərinləşir və inkişaf edir. Qısa müddətdə belə müasir bir təhsil ocağının filialının açılması bu əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirilib.

MÜSİAD Azərbaycan nümayəndələri təhsil müşaviri Yurdağül Aydoğan və direktor Abdullah Yılmaza göstərdikləri qonaqpərvərlik, səmimiyyət və təhsilin inkişafına verdikləri töhfələrə görə təşəkkür ediblər.

Seçilən
2
turkic.world

1Mənbələr