İsveç Kral Elmlər Akademiyası 2025-ci il Kimya üzrə Nobel Mükafatının qaliblərini elan edib.
Busaat.az xəbər verir ki, alimlər – Susumu Kitagawa, Richard Robson və Omar Yaghi “Metal-üzvi çərçivələrin inkişafı” mövzusundakı işlərinə görə kimya üzrə 2025-ci il Nobel mükafatını qazanıblar.
İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında 2025-ci ilin kimya üzrə Nobel mükafatı laureatları açıqlanıb.
Açıqlamaya görə, mükafata yaponiyalı Susumu Kitagava, avstraliyalı Riçard Robson və amerikalı Omar M. Yaghi metal-üzvi çərçivələrin hazırlanması üzrə işlərinə görə layiq görülüblər.
Laureatlar molekulların daxil olub çıxa bildiyi böyük boşluqları ehtiva edən yeni molekulyar struktur hazırlayıblar. Tədqiqatçılar bu strukturlardan səhra havasından su toplamaq, sudan çirkləndiriciləri çıxarmaq, karbon qazını tutmaq və hidrogen saxlamaq üçün istifadə ediblər.
Yeganə