AZ

Türkiyənin tanınmış aktrisası yenidən səhnəyə qayıdır

Türkiyənin tanınmış aktrisası və ssenaristi İclal Aydın uzun müddətdən sonra səhnəyə qayıdır.

Kulis.az xəbər verir ki, ssenarisiniözü qələmə aldığı “Amma deyil, baxmayaraq” adlı birpərdəli musiqili tamaşa 3 noyabrda ilk dəfə İzmir İstinyeArt səhnəsində izləyicilərə təqdim ediləcək.

Sevgi, ümid və insana dair mübarizələrdə yenidən bir araya gəlməyin mümkün olduğunu xatırladan bu tamaşa, premyerasından sonra Türkiyədə qastrol səfərinə çıxacaq.

Qeyd edək ki, tamaşanın musiqiləri Cenk Erdoğana, geyim tərtibatı isə Simay Bülbülə aiddir.

Seçilən
83
2
kulis.az

3Mənbələr