AZ

FHN-in Mülki müdafiə qoşunlarının hərbi hissələri arasında voleybol üzrə birincilik keçirildi

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının hərbi hissələri arasında 6-8 oktyabr 2025-ci il tarixlərində voleybol üzrə birincilik keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra yarışlara start verilib. Mülki müdafiə qoşunları komandanlığının Fiziki hazırlıq və idman şöbəsinin zabitlərindən ibarət hakimlərin idarəçiliyi ilə keçirilən yarışda komandalar iki qrupa bölünüb və hər qrupdan birinci və ikinci yerləri tutan kollektivlər növbəti mərhələyə vəsiqə qazanıblar.

Çempionatda birinci yeri Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissə, ikinci yeri Qəbələ rayonunda yerləşən “N” saylı hərbi hissə, üçüncü yeri isə Şirvan şəhərində yerləşən “N” saylı hərbi hissəsinin komandası tutub.

Birinciliyin təltifetmə mərasimində çıxış edənlər ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlərdən, yarışın əhəmiyyətindən, eyni zamanda Nazirliyin əməkdaşlarının idman uğurlarından danışıb, yarışın qaliblərini təbrik ediblər.

Sonda qalib gələn komandalar diplom, kubok və medallar ilə təltif olunublar.

Seçilən
4
teleqraf.com

1Mənbələr