AZ

Sərdar Cəlaloğlu İsa Qəmbərə nə təklif edib? Özü açıqladı

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sərdar Cəlaloğlu İsa Qəmbərə nə təklif edib? - Özü açıqladı

Bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məlumat verib.

Sədrin sözlərinə görə, yeni birliyin yaranması ilə bağlı ideya Müsavat Partiyası ilə də müzakirə edilib: 

"Bir neçə partiyadan ibarət yeni birlik ideyası ilə bağlı Müsavat Partiyasının qərargahında görüş keçirtmişik. Birliklə bağlı bütün təkliflərimizi Müsavat Partiyasının başqanı İsa Qəmbərə çatdırdıq. Amma o gündən sonra edilən təkliflərə sözügedən partiyadan cavab verilməyib. Yəni, ortada hələ heç nə yoxdur. Biz də sizlər kimi gözləyirik. Amma təkliflərimizin qəbul olunacağına ümidliyik".

Yeni birlikdə hansı partiyaların təmsil olunmasına gəlincə, Sərdar Cəlaloğlu bu haqda danışmaq istəmədiyini vurğulayıb: 

"Qeyri-müəyyən layihə haqqında danışmaq insanların diqqətini yayındırmaqdan başqa bir şey deyil. Alınsa, yeni hərəkat olacaq, alınmasa heç nə olmayacaq".

Qeyd edək ki, ötən həftə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və Müsavat Partiyasının başqanı İsa Qəmbər arasında görüş olub. Görüşdə sabiq Baş nazir Pənah Hüseyn də iştirak edib. 

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
qaynarinfo.az

2Mənbələr