AZ

RİNN-də “Caspian Policy Center”in nümayəndələri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman HümmətovABŞ-nin nüfuzlu elmi-tədqiqat mərkəzi – “Caspian Policy Center”inİdarə Heyətinin sədri Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndəheyəti ilə görüşüb.

Trendxəbər verir ki, bu barədə RİNN məlumat yayıb.

Bildirilib ki, görüşdə Xəzər regionunda nəqliyyat, enerji,rəqəmsallaşma, iqtisadi əməkdaşlıq və davamlı inkişaf məsələləribarədə fikir mübadiləsi aparılıb.

Rəhman Hümmətov Orta Dəhlizin genişləndirilməsi istiqamətindəhəyata keçirilən infrastruktur və institusional islahatlar barədəətraflı məlumat təqdim edib. Nazir müavini qeyd edib ki, Azərbaycanregionda multimodal logistika mərkəzinə çevrilmək istiqamətindəmühüm addımlar atır. Rəqəmsal nəqliyyat sistemlərinin tətbiqi,liman, dəmir yolu və hava limanlarının modernləşdirilməsi, Zəngəzurdəhlizinin inkişafı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Rəhman Hümmətov, həmçinin “Caspian Policy Center”in Xəzərregionunda dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və regionalsabitliyin təşviqi sahəsində apardığı tədqiqat və təşəbbüsləriyüksək qiymətləndirib.

Görüş zamanı gələcəkdə birgə layihələr və analitik platformalarçərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirəolunub.

RİNN-də
RİNN-də
RİNN-də
Seçilən
75
7
az.trend.az

8Mənbələr