Azərbaycanın yeddi şəhərində III MDB Oyunları çərçivəsində keçirilmiş idman yarışlara yekun vurulub.

Offsideplus.az xəbər verir ki, günün bütün medal dəstləri sahiblərini tapıb.

 Rusiya 231 (130-61-40) medal qazanaraq III MDB Oyunlarını birinci sırada tamamlayıb.

 Aktivində 184 (33 qızıl, 56 gümüş və 95 bürünc) medal olan Azərbaycan ev sahibi olduğu III MDB Oyunlarını ikinci sırada bitirib. Belarus isə 122 (32-38-52) medalla üçüncü olub.

 Ümumilikdə, III MDB Oyunlarında 13 ölkənin atletləri iştirak edib. 9 ölkənin idmançıları medal qazanıb.