AZ

Azərbaycan millisi Parisə yola düşdü -FOTO

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa yığmasının qonağı olacaq Azərbaycan millisi oyunun keçiriləcəyi Parisə yollanıb.

Fanat.Az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Komandamız oktyabrın 9-da Bakı vaxtı ilə saat 22:00-da matçın baş tutacağı “Park de Prens” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Fransa – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Seçilən
57
fanat.az

1Mənbələr