AZ

Ukraynanın Ombudsmanı Şəhidlər Xiyabanını ziyarət edib

Ukraynanın Azərbaycanda səfərdə olan Ombudsmanı Dmitro Lubinets Şəhidlər Xiyabanını ziyarət edib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev özünün “X” hesabında məlumat verib.

“Bu gün Ombudsman Lubinetz və Azərbaycanda rehabilitasiya edilən Mariopol müdafiəçiləri ilə Şəhidlər Xiyabanını ziyarət etdik və Azərbaycanlı qəhrəmanların xatirəsini yad etdik. Eləcə də, Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoqinin məzarı üstünə gül düzdük”, - səfir paylaşımında qeyd edib.

Seçilən
91
8
apa.az

9Mənbələr