"Everton" müdafiəçisi Ceyms Tarkovski ilə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb.
32 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin müddəti gələn ilin yayında bitməli idi.
2022-ci ildən "Everton"da çıxış edən Tarkovski cari mövsüm 9 matçda meydanda olub.