AZ

Tatyana Lazareva Rusiyanın hüquq mühafizə orqanlarına Puşkinin Tatyana sı üslubunda videomüraciət ünvanlayıb

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiyada xarici agent hesab edilən, terrorçular və ekstremistlər siyahısına daxil edilən teleaparıcı Tatyana Lazareva qiyabi olaraq yeddi il müddətinə həbs cəzasına məhkum olunmasını özünün "Telegram" kanalında Aleksandr Puşkin tərzində şərh edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Gazeta.ru yayıb.

"Dünən mənə yeni müddət oxudular, lakin. sözün düzü, bu, məni əsla narahat etmir. Əvəzində saysız-hesabsız adamdan dəstək sözləri almışam - hamınıza təşəkkür edirəm", - deyə teleaparıcı bildirib.

Lazareva Rusiya hüquq-mühafizə orqanlarına Aleksandr Puşkinin "Yevgeni Onegin" əsərindən şeirlə "Tatyananın məktubu" üslubunda uzun videomüraciət ünvanlayıb. O, müraciətini bu misra ilə başlayıb: "Mən sizə yazıram - nə var ki, qəliz? Yetər quyruq buladınız".

Xatırladaq ki, teleaparıcı oktyabrın 7-də Moskva məhkəməsində qiyabi olaraq yeddi il müddətinə azadlıqdan məhrum edilib. Bununla da əvvəl onun üçün oxunmuş 6.5 il həbs cəzasına daha altı ay əlavə edilib.

Bu gönderiyi Instagram'da gör

Oxu.az RU (@ruoxuaz)'in paylaştığı bir gönderi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
oxu.az

1Mənbələr