AZ

"Bakı Metropoliteni"ndə rəhbər vəzifəyə yeni təyin edilmiş daha bir şəxs işdən çıxdı

"Bakı Metropoliteni" QSC-nin şöbə rəisi işdən çıxıb. Avtosfer.az APA-ya istinadla xəbər verir ki, "Bakı Metropoliteni"nin İnsan hüquqları departamenti daxilində şöbə rəisi vəzifəsində çalışan Rüfət Qədeşov öz xahişi ilə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, R.Qədeşov daha öncə qurumun Təlim Tədris Mərkəzinin direktoru vəzifəsində çalışıb. QSC-nin hazırkı rəisi Vüsal Aslanov ötən ilin dekabr ayında vəzifəsinin icrasına başladıqdan bir neçə ay sonra R.Qədeşov Mərkəzin direktoru vəzifəsindən azad edilərək şöbə rəisi vəzifəsinə təyin olunub. R.Qədeşovdan öncə bu il "Bakı Metropoliteni"ndə rəhbər vəzifələrə təyin edilmiş daha bir neçə şəxs də işindən ayrılıb. Belə ki, bu ilin avqust ayında qurumun Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Satınalmalar departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb. Adıçəkilən şəxslər həmin vəzifələrə cari ilin mart ayında təyin olunmuşdular. Hər iki şəxs bu vəzifəyə qədər digər şirkətlərdə rəhbər mövqelərdə çalışıblar. Qeyd edək ki, "Bakı Metropoliteni"ndə son dövrlər işçilərə əməkhaqlarının verilməsi ilə bağlı narazılıqlar yaşanır. Oxu.Az-ın verdiyi məlumata görə, bu ilin yanvar ayından metro əməkdaşlarının əməkhaqqı artımları ödənilmir. Məsələ ilə bağlı qurumdan verilən açıqlamada əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələrin aparıldığı bildirilib.

Seçilən
114
46
avtosfer.az

10Mənbələr