AZ

“Arsenal” Arda Güləri transfer etmək istəyir

“Arsenal” “Real Madrid”in türkiyəli futbolçusu Arda Güləri heyətinə qatmaqda israrlıdır.

İdmanxeber.az xəbər verir ki, London təmsilçisi gələn ilin yayında “Real”a rəsmi təklif göndərəcək.

Lakin Madrid klubunun baş məşqçisi Xabi Alonso gənc yarımmüdafiəçinin komandadan ayrılmasının əleyhinədir.

Qeyd edək ki, 20 yaşlı Ardanın transfer dəyəri 60 milyon avro təşkil edir. O, cari mövsüm çıxış etdiyi 16 oyunda 4 qol və 6 assistlə yadda qalıb.

 

 

Seçilən
8
idmanxeber.az

1Mənbələr