Tanınmış baş məşqçi Fabio Kapello İtaliyada futbolun keyfiyyətinin aşağı düşdüyünü bəyan edərək, A seriyası oyunçularının səviyyəsini tənqid edib.
İdman.biz bildirir ki, altı turdan sonra “Napoli” 15 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Roma” ikinci (15), “Milan” (13) isə üçüncüdür.
“Məşqçi meydana çıxmır. Oyunu və taktikanı o hazırlayır, amma qapı qarşısında oyunçular qərar verirlər. İtaliyada futbolun keyfiyyəti aşağı düşüb. Yüksək səviyyəli oyunçular yoxdur. “Bolonya”nın (“Piza” üzərində) 4:0 hesablı qələbəsi istisna idi. Bizə qol vurmaq lazımdır. Hətta Leao iki inanılmaz qol fürsətini əldən verdi”, - Kapello deyib.