AZ

Zəfər xronikası. 9 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “CNN International” televiziya kanalının “Connect the World” verilişinə müsahibə verib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin "CNN International" televiziya kanalının "Connectthe World" verilişində müsahibəsi yayımlanıb.

Trendmüsahibəni təqdim edir:

-Mən Ermənistan prezidenti ilə danışdım və o, mənə dediki, bu münaqişə əvvəlki toqquşmalardan kəskin şəkildə fərqlənir.Çünki Türkiyə Azərbaycana açıq şəkildə dəstək göstərir. Üstəlik, o,mənə dedi ki, Türkiyə öz zabitləri, generalları, muzdluları,terrorçu cihad döyüşçüləri ilə Dağlıq Qarabağda döyüşmək üçünAzərbaycana minlərlə adam gətirib. Türkiyə öz hərbi gücü ilə guyamüəyyən beynəlxalq logistik strukturları qorumaq üçün oradaolduğunu deyir. Azərbaycanda hazırda hər hansı bir türk qüvvələrivə ya türk avadanlığı varmı?

-Bəli, türk avadanlığı var. Türk qüvvələri yoxdur. Səmimi desəm,Ermənistan prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNNvasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi mənitəəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki sizinmənə təqdim etdiyiniz kimi, onun dedikləri, mən onun dediklərinigörməmişəm, lakin mənim sizdən eşitdiklərim tamamilə yanlışdır, bu,yanlış informasiyadır. Türkiyə bizə dəstək göstərir, lakin bu,siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil,Türkiyə Azərbaycanın yanındadır" ifadəsi ilə bu çox açıq mövqeolmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuşolardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkünqədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, buölkələr döyüş meydanında onlara kömək etsinlər. Mən, həmçininErmənistanın prezidentinə 1990-cı illərin əvvəlində Ermənistanbizim torpaqları işğal etdikdə onun arxasında kimin durduğunuxatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlarakimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var.Buna görə Ermənistan tərəfindən "Azərbaycana kimsə kömək edir"demək tamamilə səhv və yanlış informasiyadır, biz bunu rəddedirik.

-Siz dediniz ki, Azərbaycanda türk avadanlığı var, hansınöv türk avadanlığı var cənab Prezident?

-Silahlar, türk silahları. Təkcə türk silahları yox, rus,İsrail, Belarus, Ukrayna silahları və sair. Çünki bu gün bizdəhərbi texnikanın satınalma coğrafiyası daha da genişlənir və bizbunlara görə pul ödəyirik. Ermənistanın silahları necə və haradanəldə etməsinə nəzər salsanız görərsiniz ki, onlarda olan silahlaragörə onlar ödəniş etmək imkanında deyillər. Çünki bu, milyardlarladollardır və kasıb ölkə üçün bu, mümkünsüzdür. Onlar özmüttəfiqlərindən silahları pulsuz əldə edirlər, biz silahlaraödəniş edərək onları alırıq.

-Yaxşı, icazənizlə Sizə bu sualı verim. Biz ən azındansizin bazalarınızın birində türk F-16 qırıcı təyyarəsinin olmasınadair peyk təsvirlərini görmüşük. Siz F-16 qırıcı təyyarələralmamısınız. Beləliklə, Azərbaycan üçün güclü dəstəyi nəzərdə tutanF-16 qırıcı təyyarələrin yerdə olması doğrudurmu?

-Siz yerdə dedikdə mən sizinlə razıyam. F-16 qırıcı təyyarələrAzərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi. Keçən ilAzərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyəbizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən HərbiHava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adətolunan haldır. Yeri gəlmişkən, bu il pandemiya səbəbindən bizdəyalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistanınbizə hücum etməsindən əvvəl baş vermişdir. Beləliklə, F-16 qırıcıtəyyarələr yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hərhansı bir döyüşdə iştirak etmirlər. Yeri gəlmişkən...

-Siz F-16 qırıcı təyyarələrin istifadə olunmamasınıbirmənalı şəkildə deyirsiniz?

-Mən bunu birmənalı şəkildə deyirəm və hətta sizə bir ermənifeyk xəbəri haqqında da söyləmək istəyirəm. Toqquşmaların ilkgünlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bundagünahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəsbunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələr buradadır,lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir.

-Bu uzunmüddətli münaqişənin 1990-cı illərdən bəri həllyolunu axtaran ATƏT-in Minsk qrupuna Fransa, Amerika BirləşmişŞtatları və Rusiya həmsədrlik edirlər. Fransanın xarici işlərnaziri xüsusi olaraq xəbərdarlıq etmişdir ki, TürkiyəninAzərbaycanın arxasında durması bu münaqişənin beynəlxalq münaqişəyəçevrilməsini risk altına atır. Siz deyirsiniz ki, Türkiyə sizədəstək göstərir, lakin bu dəstəyin münaqişənin daha da pisləşməsinəgətirib çıxaracağını deyən fransızlara sözünüz nədir?

-Mən bununla razı deyiləm. Dediyim kimi, Türkiyə regionda vəxüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlıvəziyyətdə sabitləşdirici rol oynayır. Hər bir ölkənin tərəfdaşı vəya müttəfiqi ola bilər. Azərbaycan və Azərbaycan xalqı Türkiyə kimitərəfdaşa, müttəfiqə və qardaş ölkəyə malik olmaqdan çoxxoşbəxtdir. Biz Ermənistanın Fransanı özünə müttəfiq hesab etməsinəetiraz bildirmirik və Fransa hazırda Ermənistana ən çox dəstəkgöstərən ölkədir. Eyni zamanda, biz görürük ki, müttəfiqlərinseçilməsi ölkələrin özündən asılıdır. Məsələn, Fransanın xariciişləri naziri Rusiyanın Ermənistana pulsuz silah verərək onudəstəkləməsindən narahat deyil və o, bunun münaqişəni beynəlxalqbir münaqişəyə çevirəcəyini düşünmür. Lakin Türkiyə legitim, siyasidəstəyini ifadə etdikdə bu, narahatçılıq yaradır. Səmimi desəm, birNATO ölkəsinin digər NATO ölkəsinə qarşı belə hərəkət etməsini başadüşə bilmirəm. NATO-ya üzv ölkələr müttəfiq olmalıdırlar, lakin bizbunu görmürük.

-Hazırda sizin yürütdüyünüz kampaniyanın məqsədləriniaçıq şəkildə bəyan edə bilərsinizmi?

-Bizim məqsədimiz xalqımızı, ölkəmizi və öz torpağımızda yaşamaqhüququmuzu müdafiə etməkdən ibarətdir. Sentyabrın 27-dəAzərbaycanın hərbi mövqelərinə, şəhər və kəndlərimizə artilleriyaatəşi açan Ermənistan olmuşdur. Toqquşmalar gedən günlərdəErmənistan ordusu tərəfindən 31 nəfər mülki şəxs qətləyetirilmişdir, demək olar ki, 200 nəfər yaralanmışdır, mindən çoxev dağıdılmış və ya onlara ciddi ziyan dəymişdir. Biz cavab verməliidik, özümüzü müdafiə etməli idik. Bizim cavabımız Ermənistan üçünçox həssas və ağrılı oldu. Onlar çox ciddi məğlubiyyət acısınıyaşadılar, onlar bizdən qaçdılar, biz ərazimizin bir hissəsini azadetdik, biz işğaldan azad olunmuş ərazilərə milli bayrağımızısancdıq. Biz ərazi bütövlüyümüzü bərpa edirik və biz haqlıyıq. Bizöz torpağımızda savaşırıq, Ermənistan digər ölkənin torpağındavuruşur.

-Hərbçilər arasında nə qədər itkiniz var?

-Hərbçilər arasında itkilərə gəldikdə, mən artıq bu barədədemişəm. Biz toqquşmaların aktiv fazası bitəndən sonra bu məlumatıaçıqlayacağıq.

-Siz bütün Dağlıq Qarabağı, mübahisə predmeti olan bütüntorpaqları geri götürmək niyyətindəsiniz?

-Biz Dağlıq Qarabağdan və sabiq Dağlıq Qarabağ muxtar vilayətiniəhatə edən yeddi rayondan danışırıq. Çünki Ermənistan nəinki təkcəDağlıq Qarabağı işğal edib və muxtar vilayətin əhalisinin 25faizini təşkil edən bütün azərbaycanlıları oradan qovub, eynizamanda, əhalisinin sayı 700 min olan Azərbaycanın yeddi rayonunuişğal edib. Beləliklə, bizim əsas məqsədimiz bu əraziləri azadetmək və azərbaycanlı məcburi köçkünlərin geri qayıtmasına imkanyaratmaqdır. Dağlıq Qarabağa gəldikdə, biz hesab edirik ki, - bu,dəfələrlə rəsmi şəkildə bəyan olunmuşdur, - müharibə bitəndən,işğalçı qüvvələr çıxarıldıqdan sonra multietnik əhalisi olanistənilən digər ölkədə olduğu kimi, Dağlıq Qarabağdakı ermənilər vəazərbaycanlılar yan-yana yaşayacaq və əminəm ki, bir gün onlarbir-birinə yaxşı qonşu olacaqlar.

-Ermənistan prezidenti sizin qoşunların DağlıqQarabağdan çıxarılması ilə bağlı vaxt cədvəlinin müəyyən olunmasınadair tələbinizin münaqişənizin "Dağlıq Qarabağ respublikası" iləolduğu üçün onlara təqdim edilməli olduğunu mənə deyib. O təkidedir ki, Dağlıq Qarabağda ermənilərin min illər boyu yaşadığınagörə əhalinin 95 faizi ermənilər olub. Siz deyirsiniz ki, QarabağAzərbaycandır, lakin etnik ermənilərin qorxularına dair nə deyəbilərsiniz?

-Əvvəla...

-Bir dəqiqə cənab, Azərbaycan hökuməti torpaqları gerigötürsə, onlar etnik təmizləməyə məruz qala bilərlər.

-Mən başa düşürəm. Bu gün Azərbaycanda minlərlə erməni ölkəmizinmüxtəlif şəhərlərində, əsasən paytaxt Bakıda yaşayır. Bizim ikinciən böyük şəhərimiz olan Gəncəyə hücum üçün ermənilərin istifadəetdiyi uzunməsafəli dağıdıcı mərmilərdən biri olan "Smerç" erməniqadının evinə düşüb. Beləliklə, bu gün Azərbaycanda sülh və ləyaqətiçində yaşayan minlərlə erməni var. Lakin bütün azərbaycanlılarErmənistandan qovulmuşdur. Ermənistan əhalisi 99 faiz ermənilərdənibarətdir. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Erməniprezidenti yenə də yalan deyir. Bu gün Dağlıq Qarabağda əhalinin 95faizi ermənilər deyil, əhalinin 100 faizi ermənilərdir. Çünki oradayaşayan 25 faiz azərbaycanlı əhali Ermənistan rejimi tərəfindənetnik təmizlənməyə məruz qalmışdır.

Mən təəssüf edirəm ki, belə mühüm vəzifə tutan şəxs yalanlaryayır. İnternetə baxın. XIX əsrin əvvəlində Azərbaycanın Qarabağxanı ilə rus generalı arasında imzalanmış Kürəkçay sülhmüqaviləsinə baxın. Erməni əhalisi haqqında heç bir şey deyilmir.Erməni əhali bizim torpağımıza Rus-İran müharibələrindən sonraRusiya imperiyası tərəfindən regionun dini tərkibini dəyişdirməkməqsədilə köçürülüb. Bu, tarixi faktdır. Ermənistan prezidentinindedikləri isə feykdir, tamamilə feykdir.

-Mən qeyd etməliyəm, Sizin dediyinizə görə, Ermənistanprezidenti yalan və feyk məlumatlar yayır, o, Azərbaycanın və Sizinhaqqınızda eyni şeyləri deyib.

-İnternetə baxın, sənədlərə baxın. Siz kimin doğru danışdığınıvə kimin yalan danışdığını görəcəksiniz.

-Mən deməliyəm, hazırda hər bir tərəf bir-birini təhqiredir. Azərbaycan beynəlxalq vasitəçiliyi necə qəbul edərdi və hərbiəməliyyatı dayandırardı? Sizin bu barədə son sözünüznədir?

-Bizdə 28 ildir ki, beynəlxalq vasitəçilik var. ATƏT-in Minskqrupu 1992-ci ildən bu yana 28 ildir ki, faktiki olaraq passivformada "fəaliyyət" göstərir. Bu vasitəçilik heç nəyə gətiribçıxarmadı. Bu vasitəçilik bu gün baş verənlərə gətirib çıxardı. Buvasitəçilik Ermənistanı onlara məxsus olmayan əraziləri tərk etməyəməcbur etmək üçün yetərli olmadı.

-Siz bununla bağlı Vaşinqtonla təmasda olmusunuzmu?Tramp administrasiyası Sizə nə deyir? Əlbəttə ki, ABŞ Minskqrupunun həmsədrlərindən biridir.

-Bizim ABŞ-la çoxşaxəli münasibətlərimiz var. Münasibətlərimizbir çox sahələrdə çox uğurla inkişaf edir. Ermənistan-AzərbaycanDağlıq Qarabağ münaqişəsinə gəlincə, Minsk qrupunun həmsədri olan 3ölkənin vasitəçilik etmək üçün eyni hüququ və eyni məsuliyyəti var.Bu ölkələrdən nümayəndələr gələndə, onlar hamısı birlikdə gəlir, 3ölkənin nümayəndələri. Ona görə də onların fəaliyyətində heç birfərq yoxdur. Lakin sözsüz ki, biz başa düşürük, bəzi ölkələr dahaçox ermənipərəstdir, bəzi ölkələr hətta həddindən çoxermənipərəstdir.

-Sizdən soruşa bilərəm siz Vaşinqtonda kiminlədanışırsınız? Dövlət Departamenti, yoxsa Tramp administrasiyasıilə? Məsələn, Ermənistan prezidenti bizə Robert Obraynladanışdıqlarını söylədi.

-Düşünürəm ki, bu günlər ərzində Ermənistanın baş nazirinindanışmadığı yeganə insan hansısa uzaq adada qəbilə başçısıdır. O,hər kəsə zəng edib. O, Prezident Putinə 5 dəfə zəng edib. O,Prezident Makrona, bilmirəm, deyəsən 4 dəfə zəng edib. KanslerMerkelə zəng edib. Yalnız qəbilə başçısı qalıb. Mən ona məsləhətgörürəm ona zəng edib Azərbaycandan şikayət etsin ki, o,Azərbaycanın dağıtdığı yazıq, zavallı Ermənistana kömək etmək üçünöz qəbiləsindən bəzi adamları göndərsin.

-Sual bu deyildi, cənab. Sual belə idi ki, SizVaşinqtonda kiminlə danışırsınız? Dövlət Departamenti, yaxud Trampadministrasiyası ilə?

-Biz administrasiya ilə danışırıq. Biz Dövlət Departamenti ilədanışırıq. Əslində, onlar bizimlə əlaqə saxladılar. Mən Xariciİşlər Nazirliyimizə, Administrasiyama bizə zəng edən, mövqeyiniifadə etmək istəyən və necə irəliləməklə bağlı fikirlərini ifadəedən hər kəslə təmasda olmaları üçün göstərişlər vermişəm. Lakinfaktiki olaraq, bunun Dövlət Departamenti və ya Ağ Ev olmasının heçfərqi yoxdur. Çünki bizim üçün bu, istənilən halda ABŞadministrasiyasıdır.

-Sizin fikrinizcə, Vaşinqtonun mövqeyinecədir?

-Vaşinqtonun mövqeyi digər həmsədrlərin mövqeyindən fərqlənmir.Onlar həllin əsaslanmalı olduğu prinsipləri dəstəkləyirlər. Buprinsiplərin əleyhinə olan Ermənistandır. Həmin prinsiplərdədeyilir ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər vaxtındaAzərbaycana qaytarılmalıdır. Siz mənim qrafiklə bağlı bəyanatımaistinad edəndə, sənədlərdə olan məhz budur. Bunu mən icadetməmişəm. Qarşı çıxan Ermənistandır.

-Gəlin, onda Rusiyanın mövqeyinə nəzər salaq. Çünki indimüzakirə etdiklərimizdən Vaşinqtonun mövqeyinin necə olması mənimüçün aydın olmadı. Gəlin, Rusiyanın mövqeyinə nəzər salaq. Kremlinsözçüsü Dmitri Peskov dedi ki, "Biz regiondakı vəziyyətdən çoxnarahatıq. Hesab edirik ki, tərəflər atəşi dayandırmalı vədanışıqlar masasına gəlməlidirlər". Onlar sizin danışıqlar masasınaoturmağınızı xahiş edirlər. Rusiya Prezidenti döyüşü faciəadlandırdı. Bildiyimə görə, çərşənbə günü Siz Vladimir Putinləşəxsən danışdınız. O, Sizə nə dedi? Rusiya üçün burada qırmızı xəttharadadır?

-Mən Prezident Putinə oktyabrın 7-də onu ad günü münasibətilətəbrik etmək üçün zəng etdim. Mən bunu hər il edirəm. Eləcə də o.Hər il biz bir-birimizi ad günü münasibətilə təbrik edirik. Onun adgününün bu hadisələrlə üst-üstə düşməyi bir təsadüf idi. Ona görədə əlbəttə ki, biz bu məsələni müzakirə etdik və bizim mətbuatxidmətimiz bununla bağlı press-reliz yayıb. Düşünürəm ki, mənimmətbuatda açıqlanandan daha çox nə isə deməyim doğru olmaz.

-Kaş ki, deyərdiniz. Siz Moskvanın sülh danışıqları üçünmüraciətini səciyyələndirməyə hazırsınızmı?

-Biz sülh danışıqlarının tərəfdarıyıq. İcazə versəniz, sizə cəmiiki misal gətirərdim. Azərbaycan danışıqlar masasında konstruktivtərəfdaşdır. Biz düşünürük ki, ABŞ, Rusiya və Fransa tərəfindənişlənib hazırlanmış prinsiplər həll üçün əsas olmalıdır. Ermənistanprezidenti bunları rədd edir. Üzr istəyirəm, Ermənistanın başnaziri bunları rədd edir. Çünki Ermənistanda hakimiyyətdə olan vəmənim danışıqlar apardığım şəxs prezident deyil, baş nazirdir.Beləliklə, o dedi ki, "Qarabağ Ermənistandır". Bu, danışıqlarımənasız edir. Siz necə "Qarabağ Ermənistandır" deyə və ərazilərigeri qaytarmaqla bağlı danışıqlar apara bilərsiniz? O dedi ki,Azərbaycan Ermənistanla deyil, Dağlıq Qarabağla danışıqlaraparmalıdır. Bu, formatın dəyişməsidir. Əgər Ermənistanın başnaziri uçduğu göylərdən yerə qayıtsa, biz danışıqlara hazırıq.

-Başa düşdüyüm qədərilə, Rusiyanın mövqeyi belə deyil.Onlar deyir hər iki tərəf atəşi dayandırmalı və danışıqlar masasınagəlməlidir.

-Atəşi başlayan ilk olaraq dayanmalıdır və biz də danışıqlarmasasına qayıtmaq üçün eynisini edərik. Paşinyan rejimi danışıqlarıpozmaq üçün əlindən gələni etdi. Onlar bu bəyanatı verdilər, onlariyulda bizə hücum etdilər, avqustda bizə hücum etdilər, sentyabrdabizə hücum etdilər. Onlar danışıqları pozmaq üçün hər şeyi edir.Biz hazırıq, onlar isə yox.

-Əgər Siz dayanmasanız və onlar dayanmasa, sonra nəolacaq? Bu, bir çoxlarının daha genişmiqyaslı regional müharibəyəçevriləcəyi ilə bağlı narahat olduğu münaqişəni harayaaparacaq?

-O, daha da gərginləşməməlidir. Mən bütün ölkələri buvəziyyətdən kənar qalmağa çağırmışam. Bu, bizim Ermənistanlaikitərəfli məsələmizdir. Vasitəçilər var, onların mandatı var.Onların mandatı yerdə müdaxilə etmək deyil. Onların mandatı həllyolunu tapmaq üçün şərait yaratmaqdır. Əminəm ki, onlar mandatlarıçərçivəsində davam edəcəklər. Ermənistanın bu münaqişənibeynəlmiləlləşdirmək cəhdi çox səmərəsiz, destruktiv və bir çoxölkələr üçün təhlükəlidir. Ermənistan başa düşməlidir ki, işğaləbədi olaraq davam edə bilməz. Status-kvo dəyişdirilməlidir. Yerigəlmişkən, prezidentlər, Fransanın sabiq prezidentləri, ABŞ-ınsabiq prezidentləri və Rusiya Prezidenti hamısı vəzifədə olarkənbəyanat vermişdilər ki, status-kvo qəbuledilməzdir vədəyişdirilməlidir. Mən bunu dəstəkləyirəm, Ermənistan isə bunaqarşı çıxır.

-Mən "Amnesty International"ın yeni hesabatı ilə bağlımünasibətinizi öyrənmək istəyirəm. Hesabatda iddia edilir ki, onlarAzərbaycan qüvvələrinin İsrail istehsalı olan M095 DPICM kasetlimərmiləri atdığını müəyyən ediblər. CNN nə bu iddiaları, nə dəpartlayışların videosunu müstəqil olaraq yoxlaya bilməz."Amnesty"nin iddialarına necə cavab verərdiniz?

-Mən deyərdim ki, ermənipərəst və anti-Azərbaycan mövqeyinə görəsizin adını çəkdiyiniz təşkilatla bizim heç bir təmasımız yoxdur.Birincisi, bu, səhvdir, yanlışdır. İkincisi, mən onlara tövsiyəedərdim ki, kasetli bombaların bizim mülki şəxslərimizə qarşı necəistifadə olunduğuna baxsınlar. Onların "Smerç"dən, "Elbrus"dan,"Toçka U"dan, ballistik raketlərdən bizim şəhərlərimizə qarşı necəistifadə etdiyinə baxsınlar - Gəncə, Goranboy, Naftalan, Yevlax vədigər şəhərlər Ermənistanın bombardmanı altındadır. Niyə "AmnestyInternational" yalnız bir tərəfi görür və ya görmək istəyir? Niyəonlar digər tərəfi görmürlər? Sual budur.

-İcazə verin, bununla bağlı deyim. Siz qəti şəkildədeyirsiniz ki, kasetli silahlar Azərbaycan qüvvələri tərəfindənistifadə olunmayıb? Əgər belədirsə, müstəqil müşahidəçilərin bunuyoxlamasına icazə verməyə hazırsınızmı?

-Bəli, biz bunu etməyə hazırıq. Biz, həmçinin Ermənistanın nəetdiklərini görmək üçün Ermənistanın müstəqil müşahidəçilərə necəicazə verəcəyinə də baxmağa hazırıq. Bu, birtərəfli deyil,ikitərəfli qaydada olmalıdır. Biz özümüzü müdafiə edirik. Biz bunuetməliyik. Lakin bizim hədəflərimiz yalnız hərbi obyektlərdir. Bizməhv etdiklərimizin demək olar ki, hamısını çox müasiravadanlıqlardan istifadə etməklə məhv edirik. Siz bunu internetdətapa bilərsiniz. Bu, Türkiyənin tamamilə yeni, mükəmməl, heyrətamizqırıcı dronlarıdır, tankları, topları, hərbi mövqeləri məhv edəndigər avadanlıqlarıdır. Məqsədimizə çatmaq üçün bizim dediyinizsilahlardan istifadə etməyə ehtiyacımız yoxdur. Bizim hədəfimizmülki şəxslər deyil. Bizim hədəfimiz işğalçılardır. Biz torpağımızıkimə məxsusdursa onlara qaytarmalıyıq.

-Beləliklə, sözlərə əlavə ediləsi bir şey yoxdur. MənSizdən konkret olaraq soruşuram. Siz kasetli silahların Azərbaycanqüvvələri tərəfindən istifadə olunduğunu qəti şəkildə inkaredirsiniz, elədirmi?

-Bəli, mən bunu inkar edirəm. Mən sizdən soruşmaq istəyirəm. Sizbu sualı Ermənistan prezidentinə vermisinizmi?

-Həmin vaxt bizdə belə məlumat yox idi.

-Məsələ də elə bundadır. Məsələ də elə bundadır ki, siz məndənsoruşursunuz. Ondan soruşun. Soruşun ondan. Qoy "AmnestyInternational" ondan nə etdiklərini soruşsun.

-Biz mütləq ondan bəyanat verməsini xahiş edəcəyik. MənSizdən soruşuram.

-Ondan soruşun, mən artıq cavab verdim. Artıq cavab verdim.Xeyr! Ondan soruşun.

-Soruşaram. Təşəkkür edirəm, cənab.

Zəfər
Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Seçilən
18
1
az.trend.az

2Mənbələr