AZ

Microsoft Windows un köhnə səhvini düzəltdi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Microsoft" korporasiyası "Windows" əməliyyat sisteminin yeniləmələrində olan səhvi düzəldib.

Oxu.Az xəbər verir ki, bu barədə "Windows Central" nəşri məlumat verib.

Söhbət əməliyyat sisteminin yenilənməsində yaranan problemdən gedir. Quraşdırma prosesində "Windows"un yeniləməsi istifadəçiyə "Yenilə və işi bitir" düyməsini basaraq prosesi tamamlamağı təklif edə bilər. Hesab olunur ki, kompüter lazımi faylları quraşdırmalı və sönməlidir, lakin bunun əvəzinə cihaz sönüb yenidən açılır.

Qeyd olunur ki, bu problem "Windows 11" istifadəçilərini iki ildən çoxdur ki, narahat edir.

Məlumata görə, bu cür nasazlıqlar "Windows 10"da da nəzərə çarpıb. "Microsoft" nəhayət ki, səhvi düzəltdiklərini bildirib. Düzəliş artıq əməliyyat sisteminin beta versiyasında mövcuddur və tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
2
oxu.az

3Mənbələr