AZ

Hyundai 135 mindən çox Santa Fe modelini geri çağırdı

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Hyundai" 135 386 ədəd "Santa Fe" krossoverini geri çağırdığını elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.

Məlumata görə, avtomobillərdə qəza zamanı yanğın riskini artıran texniki qüsur aşkar edilib.

Şirkət geri çağırılan avtomobillərdə mühərrikin düzgün yığılmadığı qənaətinə gəlib. Bu nasazlıq qısaqapanmaya səbəb ola bilər.

Geriçağırılma, əsasən "Hyundai"nin ABŞ-nin Alabamadakı zavodunda istehsal edilmiş 2.5 litrlik turbomühərrikli 2024-cü və 2025-ci illər "Santa Fe" modellərinə şamil olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
oxu.az

3Mənbələr