AZ

Təhlükəli ötmə edən sürücü qəzadan son anda xilas oldu VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xırdalan şəhərində yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində təhlükəli vəziyyət yaranıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Belə ki, 01-BY-287 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilin sürücüsü qarşıdakı maşınların yavaş hərəkət etdiyini görərək qəfil sürətini artırıb. O, iki avtomobilin arasından keçərək təhlükəli ötmə manevri edib. Bu zaman həm avtomobilə, həm də ayırıcı zolağa çırpılma riski ilə üz-üzə qalıb.

Bir qədər irəlidə qırmızı işıqda dayanan sürücü sağdan manevr edərək digər avtomobilləri keçməyə cəhd göstərib.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
avtosfer.az

1Mənbələr