AZ

Mars yaxınlığında sirli obyekt: kometa, yoxsa yadplanetli gəmi?

QHT.az xəbər verir ki, Mars yaxınlığında 3I/ATLAS adlı sirli ulduzlararası kometa aşkar edilib. Onun silindrik forması bəzilərinin bunun kometa deyil, yadplanetli kosmik gəmi olduğunu iddia etməsinə səbəb olub.

Kometa Marsdan təxminən 30 milyon km məsafədən keçib və ESA ilə NASA-nın ExoMars peykləri tərəfindən müşahidə olunub. Şəkillərdə obyektin quyruğu görünməsə də, mütəxəssislər bildirirlər ki, bu, onun çox zəif parlaması ilə bağlıdır.

ESA-nın məlumatına görə, 3I/ATLAS Günəşə yaxınlaşdıqca daha parlaq olacaq və quyruğu formalaşacaq. Alimlərin hesablamalarına əsasən, obyektin eni 5–11 km arasındadır və o, milyardlarla ildir qalaktikada hərəkətdədir. Obyektin "silindrik" görünüşü isə, Spaceweather-in izahına görə, görüntülərin uzun ekspozisiya zamanı hərəkət nəticəsində təhrif olunması ilə əlaqədardır.

 

R.İmanov

Seçilən
102
qht.az

1Mənbələr