Türk Dövlətləri Təşkilatının bu gün dünyada nümayiş etdirdiyi birlik, həmrəylik sözün əsl mənasında digər beynəlxalq birliklər və təşkilatlar üçün nümunədir!Təssüflə də olsa deməliyik ki, hazırda siyasi qütbləşmə və iqtisadi maraqlar naminə dünyada demək olar ki, sakit region tapmaq mümkün deyildir. Əksinə qlobal miqyasda qarışıqlığın, müharibələrin hökm sürdüyünün şahidi oluruq. Əlbəttə ki, bütün bunlar özlüyündə beynəlxalq birliyə inamı azaldır. Bir vaxtlar beynəlxalq güc mərkəzlərinin şəxsi maraqlar naminə süni şəkildə yaratdıqları bu münaqişə ocaqları bəşəriyyətin əksər hallarda həll edə bilməyəcəyi səviyyəyə yüksəlmişdir.Təsadüfi deyil ki, yaşadığımız regiona da yüz illiklər ərzində məqsədli şəkildə narahatlıq toxumu səpilmiş, məhz bu narahatlığın zərərlərini xalqımız on illiklər ərzində yaşamış və yaşamaqda davam edir. Lakin Azərbaycanın son beş il ərzində qazandığı uğur və nailiyyətlər, tarixi Zəfər xalqımızın milli şüurunda böyük dəyişiklik etmiş, ümumiyyətlə dünyada yaşayan əlli milyondan çox azərbaycanlı qırılmış qürurunu özünə qaytarmışdır. Mövcud beynəlxalq vəziyyət, həm də ölkələrdən, xalqlardan həmrəylik, birlik nümayiş etdirmələrini tələb edir. Bu mənada qardaş Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, üzv, Macarıstanın, Türkmənistanın və Şimali Kipr Türk Respublikasının müşahidəçi kimi təmsil olunduqları Türk Dövlətləri Təşkilatının bu gün dünyada nümayiş etdirdiyi birlik, həmrəylik sözün əsl mənasında digər beynəlxalq birliklər və təşkilatlar üçün nümunədir.Belə bir dönəmdə sülh, ədalət, əməkdaşlıq, inteqrasiya tərəfdarı olan Türk birliyi bir neçə gün öncə Qəbələ şəhərində toplandı. Qeyd edək ki, bu Təşkilatın sayca 12-ci Zirvə görüşü idi. Bu Zirvə görüşündə türk dövlətlərinin ümumi maraqlarını ifadə edəcək mühüm məsələlər müzakirə olundu. Görüşdə iştirak və çıxış edən Möhtərəm Prezidentimiz tarixi fikirlər səsləndirdi. Qeyd edək ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən ötən müddət ərzində Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib.Bu gün ən sevindirici məqamlardan biri də Təşkilata üzv dövlətlərin ölkəmizin Böyük Qayıdış Proqramının uğurla icra edilməsində yaxından iştirak etmələridir. Bu mənada qardaş Türkiyə başda olmaqla, Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Macarıstanın və Türkmənistanın həmin ərazilərə töhfələr verməsi türk birliyinin əyani təzahürüdür. Heç şübhəsiz bu birlik əbədi və yenilməzdir.Hüsniyyə ƏləkbərovaNeftçala rayonu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta