AZ

Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycanneftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə0,21 ABŞ dolları və ya 0,3 faiz artaraq bir barel üçün 70,08 ABŞdolları təşkil edib.

Bu barədə Trend-əneft bazarındakı mənbələr məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalıneftin FOB bazasında bir barelinin qiyməti 0,2 dollar və ya 0,3faiz bahalaşaraq 68,44 dollar olub.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 1,25 dollar və ya 2,3 faiz artaraq bir barel üçün 55,72dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftinqiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,24 dollar və ya 1,8faiz artaraq bir barel üçün 68,33 dollar təşkil edib.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin ortaqiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Məqalədə:
Seçilən
133
28
az.trend.az

10Mənbələr