AZ

ll Qarabağ müharibəsindən sonra 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb - Əli Nağıyev

Bakı.Trend:

2020-ci ilin noyabr ayında başa çatmış II Qarabağ müharibəsindənsonra, daha dəqiq desək, 2021-ci ilin fevral ayından etibarənintensiv şəkildə itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilənməzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmışmeyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb.

Trend xəbərverir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüşvətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bufikirləri “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərinbirləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusundabeynəlxalq konfransda çıxışında deyib.

2025-ci ilin 1 oktyabr tarixinə olan məlumata əsasən, 800-əyaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqlarıaşkarlanaraq işğaldan azad edilmiş ərazilərdən götürülüb.

“Bu kontekstdə həmin ərazilərdə aparılmış qazıntılar zamanıaşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimaledilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarınümayəndələrinin iştirakı ilə ekshumasiya edilib”.

Əli Nağıyev qeyd edib ki, sözügedən ərazilərdə aparılmışgenişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digərtəxirəsalınmaz tədbirlər nəticəsində 342 şəxsə aid olduğu ehtimaledilən meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib.

“Bundan başqa, I Qarabağ müharibəsində həlak olmuş vərespublikanın 20 şəhər və rayonunun ərazisində yerləşən 31qəbiristanlıqda tanınmadan dəfn edilmiş naməlum şəhid məzarlarından210 nəfərə aid meyit qalığı ekshumasiya edilib”.

Seçilən
77
21
az.trend.az

10Mənbələr