Oktyabrın 9-na keçən gecə Ukrayna pilotsuz təyyarələri Rusiya FederasiyasınınVolqoqrad vilayətinin Kotovo şəhərindəki “Lukoyl-Korobkovski” Qaz Emalı Zavoduna zərbələr endirib.
XəzərNews.az xəbər verir ki, bu barədə Telegram-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib.
O qeyd edib ki, bu obyekt Rusiyanın neft-qaz infrastrukturu üçün mühüm əhəmiyyət kəsb edir, qaz kondensatının emalı və nəqlini, həmçinin kimya sənayesi üçün xammal istehsalını təmin edir.
Zavod Rusiya Federasiyasının daxili bazarı, eləcə də ixrac üçün yanacaq təchizatı sisteminin bir hissəsidir.
Xəbər 5 dəfə oxunub.