Sea Breeze
Bu gün səhər saatlarında metro qatarlarının hərəkətində ləngiməyə aydınlıq gətirilib.Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, səhər saatlarında xətlərdə yubanmalara səbəb “Elmlər Akademiyası” stansiyasında vaqon qapısına edilmiş kənar müdaxilə olub.“Qatara baxış keçirib, qapılarda heç bir problem aşkarlanmasa da, maşinist təlimat tələblərinə uyğun olaraq, qapıların sərnişinsiz hərəkət zamanı bir də yoxlanmasına qərar verib. Mənzil boyunca qapılar normal vəziyyətdə çalışdığından, qatar “Nizami” stansiyasından sərnişinlə yoluna davam edib. Hazırda qatar xətdə çalışır. Nəticədə xətdə yaranmış cüzi yubanmalar qısa müddət ərzində aradan qaldırılıb.Sentyabrın 15-dən intervalların azaldılması ilə bağlı tətbiq edilmiş yenilik qatarların hərəkət dəqiqliyinə əməl olunmasını tələb edir. Metropolitenin “Yaşıl” və “Qırmızı” xətləri kəsişərək birləşdiyindən bu təsirlər hər iki xətt üzrə qatarların hərəkət nizamı və sərnişin rahatlığının pozulmasına gətirib çıxarır.Sərnişinlərdən xahiş edirik ki, qatarların hərəkətini yubadacaq hallara yol verməsinlər”, – deyə B.Məmmədov bildirib.
Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX