AZ

''CIDC-2025 Azərbaycanın kibertəhlükəsizlik sahəsində mövqeyini daha da möhkəmləndirir''- Dövlət Xidmətinin rəisi

CIDC-2025 dövlət qurumlarını, kritik infrastrukturlarını, maliyyə və telekommunikasiya sektorunu, özəl şirkətləri və beynəlxalq tərəfdaşları bir araya gətirən strateji platformadır. Bu platforma Azərbaycanın kibertəhlükəsizlik sahəsind

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev “Critical Infrastructure Defence Challenge 2025" tədbirinin açılış mərasimində çıxışı zamanı deyib.

XRİTDX rəisi qeyd edib ki, son illər baş verən geosiyasi və texnoloji proseslər informasiya təhlükəsizliyini və kritik infrastrukturların müdafiəsini dövlətlərin milli təhlükəsizlik gündəliyində prioritet mövqeyə gətirib.

“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” bu istiqamətdə yol xəritəsi rolunu oynayır və informasiya məkanında dayanıqlılığın, etibarlılığın təmin olunmasına xidmət edir. CIDC-2025 çərçivəsində kritik informasiya sistemlərinin kibermüdafiə qabiliyyətinin artırılması, böhran vəziyyətlərində idarəetmə ssenarilərinin simulyasiya olunması və yeni texnoloji yanaşmaların tətbiqi həyata keçirilir. Builki proqram iştirakçılara daha geniş imkanlar təqdim edir. Belə ki, iki gün ərzində yerli və xarici ekspertlərin iştirakı ilə 10 təqdimat və 5 panel müzakirəsi keçiriləcək, 60-dan çox şirkətin qatıldığı kibertəhlükəsizlik sərgisi nümayiş etdiriləcək. Həmçinin 360 mütəxəssis üçün ödənişsiz ekspert təlimləri təşkil olunub, “Ağıllı şəhərlərdə kibermüharibə” adlı virtual yarış keçiriləcək. Yarışda 20 yerli və 5 xarici komanda Bakı şəhərinin hava, quru və su sahələrini əhatə edən kritik infrastrukturlar üzərində simulyasiya edilmiş ssenarilər əsasında öz bilik və bacarıqlarını nümayiş etdirəcək”, - deyə xidmət rəisi vurğulayıb.

İlqar Musayev qeyd edib ki, yarış yalnız rəqabət platforması deyil, həm də öyrənmək, təcrübə toplamaq və əməkdaşlığı gücləndirmək üçün mühüm fürsətdir: “CIDC-2025 informasiya təhlükəsizliyi mütəxəssislərinin, dövlət və özəl sektorun, akademik dairələrin və gənclərin bir araya gəldiyi unikal platformadır və ölkəmizin kibertəhlükəsizlik ekosisteminin inkişafına mühüm töhfə verəcək”.

General-leytenant layihənin ərsəyə gəlməsində təşkilat komitəsinə, Avropa Birliyinə, Estoniya Elektron İdarəetmə Akademiyası Fonduna, tərəfdaşlara, sponsorlara, könüllülərə və media nümayəndələrinə təşəkkür edib.

Seçilən
45
1
redaktor.az

2Mənbələr