AZ

Baş Prokurorluqda işləmək istəyənlər üçün imtahan keçiriləcək - DİM

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının BaşProkurorluğu ilə birgə 10 oktyabr 2025-ci il tarixində prokurorluqorqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün testimtahanı keçirəcək.

Trendxəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 320 nəfərqeydiyyatdan keçib.

İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) elektron formadakeçiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektronimtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidmətivasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılışvərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısındaolmalıdırlar.

İmtahan saat 10:00-da başlanır. İmtahan iştirakçıları imtahanıyekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqdanəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələrhəmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" vəşəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilənsənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqdanamizəd imtahana buraxılmayacaq.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaşkitabçası”nda əks olunub. Namizədlərin “Yaddaş kitabçası”(yüklə)ilə tanış olmaları zəruridir.

Seçilən
71
4
az.trend.az

8Mənbələr