AZ

Moldova səfiri: Seçkilər kiber təhdidlərə qarşı dayanıqlığın vacibliyini göstərdi

Moldovada keçirilən prezident və parlament seçkiləri kiber təhdidlərə qarşı dayanıliığın necə vacib olmasını bariz göstərdi.

APA xəbər verir ki, bunu Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.

Moldovada keçirilən seçkilərdə kiber təhdidlərlə üzləsdiklərini bildirən səfir yalniz müxtəlif qurumların birgə fəaliyyəti və sıx əməkdaşlığı sayəsində bu təhdidlərin qarşısını almağın mümkün olduğunu qeyd edib.

Kiber təhlükəsizliyin hər dövlətin milli təhlükəsizlik strategiyasının tərkib hissəsi olmasını vacib sayan Esaluenko bu sahədə dövlətlər arası əməkdaşlığın və təcrübə mübadiləsinin faydalılığını vurğulayıb.

"Azərbaycanın kibertehlükəsizliyin təmin olunmasında qazandığı zəngin təcrübən yaralanmaqda maraqlıyıq", - səfir əlavə edib.

Seçilən
50
2
apa.az

3Mənbələr