AZ

Vaşinqtonda üçtərəfli bəyannamənin imzalanması dünya üçün nümunədir - Rumıniyalı nazir

Bakı.Trend:

Bu ilin avqustunda Vaşinqtonda üçtərəfli bəyannaməninimzalanması dünya üçün nümunədir.

Trend xəbərverir ki, bunu Ruminiya Baş nazirinin sabiq müavini və ədliyyənaziri Ana Birçal “İtkin düşmüş şəxslər probleminin həlli üçünsəylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi”mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

A. Birçal bildirib ki, hər bir itkinin arxasında ad, soyad,ailə, valideynlər var. Bu ailələr “itkilərimiz haradadır?” sualınıncavabını gözləyirlər:

O, Bakıda keçirilən tədbirin təşkilinə görə Prezident İlhamƏliyevə təşəkkür edib.

“30 ildən artıq idi ki, bir çox azərbaycanlı əzəlitorpaqlarından didərgin düşərək məcburi köçkün həyatı yaşayırdı.İtkin düşmüş şəxslərin ailələri isə öz beynəlxalq hüquqlarındanməhrum edilmişdi. İtkinlərlə bağlı məlumatların ailə üzvlərinəçatdırılmaması beynəlxalq humanitar hüququn pozulmasıdır.

Hazırda biz Bakıda dayanıqlılıq şəhərindəyik. Bilirik ki,konfransda səslənən fikirlər tədbirdən sonra konkret əməllərəçevriləcək”.

Məqalədə:
Seçilən
72
2
az.trend.az

3Mənbələr