AZ

 Yeməkdən sonra dişlərə faydalı olan QİDALAR

İspaniyalı həkim Ester Qomes yeməkdən sonra dişləri tam təmizləmək imkanı olmadıqda, bəzi qidaların diş səthini mexaniki olaraq təmizləməyə kömək edə biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "20minutos nəşrinə" müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, alma, kərəviz, kök və çiyələk dişlərdə yaranan yumşaq ərpi təbii şəkildə təmizləyə, eləcə də diş minasına təsir edən boyayıcı maddələrin mənfi təsirini azalda bilər.

Ester Qomes xüsusilə almanın faydasını vurğulayıb:

“Alma dişlərdəki yumşaq ərpi təmizləyir və tüpürcək ifrazını artırır. Tüpürcək isə ağız boşluğunu təbii yolla təmizləyən əsas vasitədir. Bundan əlavə, alma tütün və qəhvə, qırmızı şərab kimi içkilərin boyayıcı təsirini də qismən neytrallaşdırır,” – deyə o bildirib.

Həkim əlavə edib ki, kök və kərəvizin sıx quruluşu dişlərin mexaniki təmizlənməsinə və tüpürcək ifrazının artmasına səbəb olur ki, bu da mina üçün təbii qoruma yaradır.

Çiyələk isə tərkibindəki alma turşusu sayəsində yüngül ağardıcı effektə malikdir. O, həmçinin ksilit adlı təbii şirinləşdirici ilə diş ərpi yaradan bakteriyaların miqdarını azaldır.

Ester Qomes qeyd edib ki, bu məhsullar diş fırçalama prosedurunu əvəz etmir:

“Dişləri fırça və diş pastası ilə təmizləmək hələ də ağız gigiyenasının ən effektiv üsuludur, xüsusilə yeməkdən sonra,” – deyə o vurğulayıb.

Nuriyyə NATİQQIZI

Seçilən
9
2
redaktor.az

3Mənbələr